"Sərhəd" hərbi-idman oyununun final turu keçirildi
Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü ərəfəsində Dövlət Sərhəd Xidməti, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Lənkəran” sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyununun final mərhələsi keçirilmişdir.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbinin "Zeyxur" komandası final mərhələsində iştirak edən 11 komanda arasında II yerə layiq görülmüşdür.
Komandanın üzvləri – Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbinin X sinif şagirdləri Tamerlan Güləhmədov, Murad Hacıqayıbov, Ravin Babayev, Nurəli Ədilov, Ayaz Nizaməddinov və hərbi rəhbər Məmmədtağı Əlisultanov II dərəcəli diplomla və medallarla təltif olunmuşlar.
Şagirdlərimizi bu münasibətlə təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
Yeni Şərh